“Klublarımızda mahnılarımıza “səviyyəsizdir” deyib, səsləndirmirlər”

“Klublarımızda mahnılarımıza “səviyyəsizdir” deyib, səsləndirmirlər”
980 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Samir Bayramlı klublarda yerli müğənnilərimizin mahnılarının səsləndirilməməsindən şikayətlənib.

Axşam.az xəbər verir ki, o, bu barədə “Facebook”da status yazıb:

“Niyə klublarda müğənnilərimizin mahnıları səsləndirilmir? Dünyanın hər yerində ən elit, səviyyəli klublarda ən çox səsləndirilən öz ifaçılarının mahnılarıdır. Bizdə isə mahnı istəyəndə deyirlər ki, səviyyəsizdir. Səbəb? Ölkədə nömrə bir olan müğənnilərinin heç birinin mahnısı klublarda səsləndirilmir. Maraqlıdır və mənasızdır”.