Beş ildir bu anı gözləyirdilər - Foto

Beş ildir bu anı gözləyirdilər - Foto
3571 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı şairə Leyli Erol və türkiyəli bəstəkar Hakan Erol beş illik arzusuna çatıb.

Axşam.az xəbər verir ki, ötən gün onların övladı dünyaya gəlib. Bu barədə H. Erol İnstaqramda məlumat verib.

“Kaan Erol, ailəmizə xoş gəldin” deyə, o, yazıb.

Qeyd edək ki, hazırda Türkiyədə yaşayan cütlük 2014-cü ilin aprelində ailə həyatı qurub. Onlar uzun müddətdir valideyn olmaq istəyirdi.