"Bakılı oğlanlar" məni təhqir edib" - Elgiz Əkbər

"Bakılı oğlanlar" məni təhqir edib" -  Elgiz Əkbər
3414 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bakılı oğlanlardan çox incimişdim. Çünki onlar məni çox pis şəkildə təhqir etmişdilər".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Üç əlli" proqramında deyib. Aparıcı onu parodiya edənlərdən danışıb. Elgiz bildirib ki, "Bakılı oğlanlar" onu təhqir edib:

"Elə insanlar var ki, babalarının adlarını öz övladlarına qoyur. Necə ki, o insanlara babaları əzizdir, babam mənim üçün əzizdir. Nə ixtiyarın var mənim adımı o şəkildə ələ salasan? Olmaz! Parodiya insanın qəlbinə dəyməməlidir. Əksinə o insanı hamı kimi sevindirməlidir. Parodiya etdilər, amma məni tamaşaya çağırmamışdılar. Sonradan sosial şəbəkədə gördüm. Birinci dəfədir ki, bu məsələ haqqında danışıram. Qardaşım, sən məni niyə təhqir etməlisən?

"Bu şəhərdə" məni parodiya etdi, amma incimədim. Özümü də dəvət etmişdilər. Bütün saray sənə gülür. Birinci məndən tər getdi. Sonra görürsən ki, insanlar əylənir".