Nərgiz Paşayeva anasının kitablarını hədiyyə etdi

Nərgiz Paşayeva anasının kitablarını hədiyyə etdi
1580 dəfə oxunub
  • A-
  • A
  • A+
Professor Nərgiz Paşayeva görkəmli şərqşünas alim Aida İmanquliyevanın irsindən bəhs edən kitabları Mərkəzi Elmi Kitabxanaya hədiyyə edib.

Axşam.az xəbər verir ki, Nərgiz Paşayeva anasının qələmə aldığı məqalələrin və ərəb dilindən Azərbaycan dilinə tərcümə etdiyi hekayələrin toplandığı “Məqalələr və tərcümələr” kitabını, həmçinin görkəmli şərqşünas alimin 70 illik yubileyinə həsr olunmuş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” mövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumunun materiallarının ingilis dilində nəşr olunmuş nüsxəsini və “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının materiallarının dərc edildiyi kitabları AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna hədiyyə edib.