“Taksi sürücüləri nə qazanır ki, 20 manat cərimələyirsiniz?”

“Taksi sürücüləri nə qazanır ki, 20 manat cərimələyirsiniz?”
2076 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bakı Nəqliyyat Agentliyi ağını çıxarıb. Dinc əhalini incitmək olmaz. Taksi sürücüləri nə qazanır ki, onları 20 manat cərimələyirsiniz?”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev İnstaqram hesabında yazıb.

O, taksi sürücüləri ilə mübarizəyə başlayan dövlət qurumunu sərt tənqid edib:

“Ailə saxlamırsınız? Uşağınız yoxdur? İcazə verin ailə dolandıranlar halal pullarını qazansınlar. Dəxlisiz yerlərdə sərnişinləri düşürən, mindirən marşurt xəttlərini bağlayın, deyim ki, hə. Çəlimsiz, arıq 3-4 adam əlində taxta ilə sürücüləri qovur, utanmazlar. 20 manatı aylarla işləyib, qazana bilməyən adamlar var”.