Özcan Denizin bacısı Ərdoğana müraciət etdi

Özcan Denizin bacısı Ərdoğana müraciət etdi
10976 dəfə oxunub
  • A-
  • A
  • A+

Türk müğənnisi Özcan Denizin bacısı Gülcan Deniz ürək xəstəliyindən əziyyət çəkir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı qız qardaşının onunla maraqlanmadığından şikayətlənib.

O, xəstəliyinə görə Türkiyə prezidenti Receb Tayyib Ərdoğandan yardım istəyib.

"Əvvələr koah xəstəsi olan anama baxırdım. İndi mən özüm də xəstəyəm. Evdən çıxa bilmirəm. Həm anamın, həm də mənim müalicəyə ehtiyacımız var. Prezidentimizdən kömək istəyirəm" deyə, o sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Gülcan müğənninin atası Sadık Denizin ikinci həyat yoldaşından olan  qızıdır. Gənc qız, atası öldükdən sonra qardaşının onlarla maraqlanmadığını deyib. Gülcanın sözlərinə görə, o dəfələrlə müalicə və təhsil haqqı üçün Özcana zəng etsə də, müğənni telefona cavab verməyib.