Ölümcül xəstə olan sevgilisi ilə evlənə bilmək üçün bunu etdi

Ölümcül xəstə olan sevgilisi ilə evlənə bilmək üçün bunu etdi
6089 dəfə oxunub
  • A-
  • A
  • A+

Britaniyalı Debbi və Mark Kuper 11 ildir sevgilidir.

Axşam.az xəbər verir ki, cütlük toy haqqında hələlik fikirləşməsələr də, kişinin xəstəliyi onların planlarını dəyişdirməyə məcbur edib. Belə ki, həkimlər Marka amiotrofik skleroz diaqnozu qoyublar. Bu sinir sistemenin xəstəliyindən əziyyət çəkən insanlar tədricən danışıq və hərəkət qabiliyyətini itirir və qısa zamanda ölürlər.

Debbi sevgilisi ölmədən öncə onun arvadı olmaq istədiyini deyib.

"Mark danışıq qabiliyyətini yavaş-yavaş itirir. Bəzi sözləri ümumiyyətlə tələffüz edə bilmir. Ona görə, toyun təşkilatşılarından xahiş etdik ki, mərasim zamanı toy andını qısa etsinlər. Onlar da anlayışla qarşıladı", deyə Debbi bildirib.

Cütlük bal ayı üçün Türkiyəyə gedib.