Aparıcı Afaq Gəncəli şəxsi həyatından, proqramındakı yeniliklərindən danışıb.

O, Axşam.az-ın suallarını cavablandırıb. A.Gəncəlk "ATV maqazin onlarla" proqramının yeni mövsümündəki dəyişikliklər barədə söz açıb:

"Yeniliklər oktyabrdan olacaq. Düzü, maqazin proqramında xüsusi bir yenilik etmək olmur. Çünki konsept bəllidir. Məşhurlar haqda xəbərlərdir, hara çevirsən eyni olur. Ancaq dizaynda, verilişin "şapka"sında, anonsunda dəyişikliklər olacaq. Bir müddətdir rubrikalara fasilə vermişdim. Düşündüm ki, artıq istirahət bəsdir. Bu mövsümdən verilişdə yeni rubrika ilə yer alacam".

Aparıcı rubrikasının formatı barədə məlumat verib:

"Rubrikanın səs-küy yaratması, qalmaqallı olması məşhurdan, bir də ondan müsahibə alan şəxsdən asılıdır. Şükür Allaha ki, bunu yaxşı bacarırıq. Bizə etibar edirlər. Biz də kimisə pis vəziyyətə salmaq üçün bunu etmirik. Müsahib inanır, qarşı tərəfin də iradı olmur. Ruslanın (proqramın redaktoru, aparıcı Ruslan Ağayev - red.) da özünəməxsus rubriksı olacaq".

A.Gəncəli haqqında çıxan toy xəbərlərinin əhval-ruhiyyəsinə xoş təsir etdiyini söyləyib:

"Əslində, toy məsələsində qardaşımı nəzərdə tuturdum. Sadəcə əvvəlcədən demək mənə düşmür deyə, tam açıqlamadım. Amma nə yalan deyim, xoşuma gəldi. Hamı məni təbrik edirdi. Düşündüm ki, niyə də yox? Hər qadına xoşbəxtlik yaraşır. İnsan xoşbəxt olanda bu, simasında da, daxilində də özünü göstərir. Əks tərəfə heç bir mənfilik ötürmür. Hələ ki, ərə getmək fikrim yoxdur. Əlini və ürəyini mənə uzadan olsa, gözləyirəm. Görək, kim cəsarətli çıxacaq".

 

Sənətçi idealındakı kişi obrazını isə belə görür:

"Hər zaman ata-babalarımızla fəxr etmişik. Onlar sözlərini deyən olub. Kişi deyəndə atam ağlıma gəlib. Onun kimi bir kişiyə hörmət edirəm. Necə ki, onunla "bəli" və "xeyr"lə danışmışam, onun təki sözünü deyən, xarakterli bir kişi olsa, evlənmək olar. Bəlli olsun ki, o, kişidir, mən isə qadınam. Qadının arxasında güclü dayağı olmalıdır. Əks cinsin nümayəndəsi bunu bacarırsa, nə xoş mənə".

Yaxın günlərdə qardaşını evləndirən A.Gəncəli bildirir ki, mülayim baldızdır:

"Hamı mənə deyir sən yaman baldızsan. Əslində, çox sakitəm. Hər zaman nəyin düz olduğunu fikirləşirəm. İstiqamət verməyi xoşlayıram. İndiyədək nə böyük, nə də kiçik qardaşım məsləhətlərimə görə tənəzzülə uğramayıb. Deyiblər ki, bacı, sən düz deyirsən. Ona görə qarışmıram. Onlara necə xoşdursa, necə xoşbəxt olurlarsa, elə yaşasınlar. Həm də mən evdə tapılmıram axı. Səhər gedirəm, gecə gəlirəm. Onların bəzən üzünü də görmürəm. Amma əlimdən gələni edirəm. Qardaşıma istədiyim kimi toy etdim. Ürəyimi qoydum. Dedim ki, o, buna layiqdir. Qoy, onun üçün ən yaxşısı olsun. Məncə, buradan bəllidir ki, ibnə baldız deyiləm (gülür)".



                 

Digər