"Millətin zövqünü korlamayın" - Ramaldan Elarizlə Fatiməyə

"Millətin zövqünü korlamayın" -  Ramaldan Elarizlə Fatiməyə
3058 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-bəstəkar Ramal İsrafilov "Üçəlli" verilişində qalmaqallı açıqlamalar verib.

Axşam.az xəbər verir ki, sənətçi əvvəlcə Amerikaya köçən Elariz Məmmədoğlunun oxumasını tənqid edib:

"Elarizi Amerikaya göndərdik, yenə burada çıxır adı. Bəxtinə baxın, özü Bakıda yoxdur, reklamı gedir. Allah canını sağ eləsin, tembri də yoxdur. Səhər kanalı açıb onun səsini eşitsəm, kanalı çevirərəm. Onun səsi məni narahat edir".

Ramal daha sonra rəqqasə Fatimə Fətəliyevanın oxumağını qınayıb:

"Fatimə, oxuma. Millətin zövqünü korlamayın. Dostumdur, buradan ona açıq deyirəm. Rəqqasədir, xınalarda götürür bəy-gəlin üçün oxuyur. Çəkirlər, videoları yayılır, gündəmə gəlir. Başqa ölkədə də baxır deyirlər ki, Azərbaycan musiqisi bu gündədir. Hərə öz işi ilə məşğul olsun".