Model Teodora Kuinlivan hələ 16 yaşı olanda cinsiyyətini dəyişərək özünü qadın etdirib. Buna baxmayaraq Teodora modellik biznesinə son qoymayıb.

Axşam.az xəbər verir ki, bu günlərdə model "Paper" dərgisi üçün kamera qarşısına keçib. O, şahzadə II Yelizavetanın obrazını canlandırıb.

Teddi "Chanel" brendinin siması seçilən ilk transseksual model olub. 25 yaşlı model bu haqda eşidəndə göz yaşlarını saxlaya bilmədiyini etiraf edib:

"Həyatım boyunca ancaq mübarizə apardım. Hamı mənə lağ edirdi, sinif yoldaşlarım öldürməklə hədələyirdi. Atam məni döyürdü. İndiki qələbəmə dəyərmiş".

Bir neçə dəfə "Chanel"in dəfilələrinə qatılan Kuinlivan bu dəfə şahzadənin obrazı ilə gündəmə gəlib.

 
 
 
 
 


                 

Digər