Aygün yenidən Filipplə bir araya gələcək

Aygün yenidən Filipplə bir araya gələcək
918 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyanın Xalq artisti Filipp Kirkorov yenidən Bakıda konsert verəcək.

Axşam.az xəbər verir ki, tədbir oktyabrın 30 və 31-də Bakı Konqres Mərkəzində keçiriləcək.

Kirkorovu gecədə Xalq artisti Aygün Kazımova da tək qoymayacaq. Bu haqda müğənni özü xəbər verib. O, Kirkorovun konsertlə bağlı videosunu paylaşaraq, "Həmin möhtəşəm şouda orada olacam" sözlərini yazıb.

Qeyd edək ki, Aygün və Filipp iyulda keçirilən "Jara" festivalında da eyni səhnəni bölüşüb, "Calma" mahnısını duet şəklində səsləndirib.