Şəki Dövlət Dram Teatrı 140-cı mövsümünün açılışını edib.

Axşam.az xəbər verir ki, açılış J.B.Molyer və M.Bulqakovun eyni adlı əsərləri əsasında səhnələşdirilmiş “Xəstəlik xəstəsi və ya Yaşasın teatr” tamaşası ilə reallaşıb.

Baş rejisor Mirbala Səlimli tərəfindən hazırlanmış tamaşa mərhum rejisor Hüseynağa Atakişiyevin 70 illik yubileyinə ithaf olunub.

Qeyd edək ki, bu il Şəkidə peşəkar teatrın yaranmasının 140 ili tamam olur.

Bu münasibət ilə Şəki Dövlət Dram Teatrında təntənəli yubiley tədbirinin keçirilməsi nəzərdə tutulub. Mövsüm müddətində belə tədbirlər silsilə şəkildə davam edəcək.

Bundan əlavə teatrın 140-cı mövsümündə Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibəti ilə “ Sevil” pyesi , Altay Məmmədovun “Kitabi Dədə Qorqud “dastanının motivləri əsasında yazdığı ”Dəli Domrul” əsərlərinin tamaşaya qoyulması planlaşdırılıb.

 
 
 


                 

Digər