Emin "Jara"ya Almaniyada təqdimat etdi - Fotolar

Emin "Jara"ya Almaniyada təqdimat etdi -  Fotolar
3575 dəfə oxunub
  • A-
  • A
  • A+

Almaniyada "Jara" filminin qala gecəsi keçirilib.

Axşam.az xəbər verir ki, Frankfurt şəhərində keçirilən gecədə Xalq artisti Emin Ağalarov da iştirak edib. Romantik komediya janrında olan ekran işinin baş prodüseri olan Emin ekran işi ilə bağlı sualları cavablandırıb.

Qalada filmin baş rol ifaçıları Məhəməd Murtazaliev və Yana Çurikova da iştirak ediblər. Zala 400-ə qədər rusdilli tamaşaçı toplaşıb. Emin tədbirdə qonaqpərvərliyi ilə diqqət çəkib. O, bütün qonqlara şərab və soyuq içkilər ikram edib.

Ağalarov "Jara" festivalının Almaniyada da keçiriləcəyindən xəbər verib.

Qeyd edək ki, "Jara" filmi Bakıda beynəlxalq festival zamanı lentə alınıb.