Xalq artisti Mehriban Zəki “Sprut” serialının aktyoru Remo Girone ilə fotosunu paylaşıb.
Axşam.az xəbər verir ki, o, ekran işində Tano Kariddi obrazını canlandıran sənətçi ilə bağlı fikirlərini bölüşüb:
“80-ci illər idi... Sovet dövründə televiziyalarda serial anlayışı yeni meydana gəlirdi. Və hamının TV qarşısına yığışıb “Sprut” serialını gözləməsi qanunauyğun bir hal almışdı. Baş qəhrəman komissar Kattani öz yerində, amma o zamanlar mənfi, indiki zamanda isə antoqonist kimi adlanan Tano Kariddi personajının xarizması hamını, xüsusilə xanınları heyran etmişdi”.
Qeyd edək ki, “Sprut” bütün zamanların ən yaxşı italyan serialları içərisində yer alır.