“Ömürboyu başqa müğənnilərin mahnısını oxuyanlara artist deyə bilmərəm”

“Ömürboyu başqa müğənnilərin mahnısını oxuyanlara artist deyə bilmərəm”
755 dəfə oxunub
  • A-
  • A
  • A+

“Azərbaycanda istedadlı musiqiçilər, müğənnilər çoxdur. Lakin, öz repertuarının olması, çoxalması və tutması mövzusunda düşünmədikləri üçün, onlar sadəcə “istedadlı” olaraq qalır”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni və aparıcı Murad Arif sosial şəbəkədə yazıb.

O, yeni mahnı oxumayan, məhsuldar olmayan ifaçıları artist adlandırmadığını bildirib:

“Məhsuldar olduğun qədər varsan. Mən dəhşət gözəl oxuyan, amma ömürboyu ancaq Şövkətdən, Zeynəbdən, Müslümdən, Əlibabadan, Rəşiddən, Floradan, Məmmədbağırdan oxuyan adama özünü tapmış artist deyə bilmərəm. Cavanşir Quliyev, Aygün Səmədzadə, Vagif Gərayzadə, Eldar Mansurov, Nailə Mirməmmədli, Faiq Sücəddinov, Sevda Məmmədli, Xanım İsmayılqızı, Rəşad Haşımov, Vüqar Camalzadə, Gövhər Həsənzadə, Elçin İmanov, Asif Kərimov, Nadir Əzimov və hələ neçə keyfiyyətli gənc müəlliflər varkən, mahnı almağa qıymırsınız, yeni musiqini piar etməyə can çəkirsiniz. Təzə mahnını sevdirmək də ustalıqdır. Həm fantaziyan olmalıdır, həm ürək qoymalısan, həm maddiyat ayıracaqsan. Əmək budur! Hələ bir, gündəmdə olan popçulara ağız büzürlər...

Gəlin alınan mənzərəyə birlikdə baxaq: Müğənni simiclik edir, TV-lər musiqi saatlarını inkar edib, söhbət-lağlağı formatıyla reytinq gəzir, radiolar toplam olaraq 80-90% əcnəbi musiqi yayımlayır”.