Əməkdar artist Dilarə Əliyeva oxuduğu mahnı ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, aktrisa Əməkdar artist Röya Ayxanın "Naz eyləyir" mahnısının sözlərini dəyişərək təqdime dib.

Dilarə mahnıda "Elə müğənnilər də var, 50 əməliyyat eyləyir. Dəyişməyə yer qalmayır, bədən də "otkaz" eyləyir. Ağ eyləyir-ağ eyləyir, sənəti var, dağ eyləyir. Özündən bixəbər olan, ona-buna lağ eyləyir" sözlərini işlədib.  

Qeyd edək ki, D.Əliyeva mahnını "Söhbət var" proqramı üçün səsləndirib. O, ifasını bütov formada şənbə günü verilişində təqdim edəcək.



                 

Digər