"Bacım mənə iki il təcavüz edib"

"Bacım mənə iki il təcavüz edib"
7839 dəfə oxunub
  • A-
  • A
  • A+

"Backstreet Boys" qrupunun solisti Nika Karterin 31 yaşlı müğənni qardaşı Aaron Karter sosial şəbəkədə səs-küyə səbəb olan paylaşım edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Aaoron 7 il əvvəl 25 yaşında ölən bacısına qarşı dəhşətli ittihamlar irəli sürüb.

"Hər şey ailədən başlayır. Mən bu haqda danışmaq istəmirdim. Bacım Lesli bipolyar pozğunluqdan əziyyət çəkirdi. O, mənə 10 yaşımdan 13 yaşımadək təcavüz edib. Leslinin bunu şüüurlu şəkildə etdiyini düşünmürəm. O, xəstə idi. Qardaşım hər zaman təhqir edib məni.İncidib, alçaldıb. Bunları yazdıdan sonra çox yüngülləşdim. İndi mın bütün diqqətimi musiqiyə, karyerama və digər təcavüz qurbanlarına yardıma yönəltməliyəm" deyə, o yazıb.

Qeyd edək ki, məhkəmə Aaoruna qardaşı Nika və onun ailəsinə yaxınlaşmağı qadağan edib. İddiaya görə, o, qardaşının hamilə arvadını öldürməklə təhdid edib.