“Kanal D”nin 2008-2010-cu illərdə yayımlanan fenomen serialı “Aşkı memnu” təkrar bölümlərindən sonra “yenidən” final edib.

Axşam.az xəbər verir ki, aradan 9 il keçməsinə rəğmən ötən gün baş tutan final yenə də sosial mediada müzakirə olunub.

2010-cu ildən bəri hər yay “Kanal D”də göstərilən ekran işi Tvitterdə trendin ilk sırasında olub. Bundan başqa, ümumi televiziya reytinqlərində isə 10-cu sırada yer alıb.

Baş rollarında Beren Saat, Kıvanç Tatlıtuğ, Selçuk Yöntem, Hazal Kaya, Nebahat Çehrenin yer aldığı serial indiyədək ən çox izlənmə faizi olan final bölümü ilə birinci yerdədir.

Bundan başqa, xarici ölkələrə ən çox satılan və ən çox gəlir gətirən ekran işi 9 ildir təkrar bölümləri ilə reytinqlərdə yaxşı nəticələr alır.



                 

Digər