"İki gün əvvəl Ebru Gündeşin səhifəsinə baxdım. Bir səhifə açılmışdı, "Ebru gündeşin geyindikləri". Orada yazılmışdı ki, əldə edilən pul kimsəsiz uşaqlar dərnəyinə bağışlanacaq. Onlar bizimkilər kimi yalandan yox, gerçəkdən edirlər".

Axşam.az xəbər verir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev (Tolik) "Hər şey daxil" verilişində deyib. O, xeyriyyəçilik etməyə çalışan sənətçiləri qınayıb:

"Çıxıb deyirlər, paltarlarımı satıb kasıba verəcəm. Yalandan edirlər. Deyirlər apardıq filan kasıba 100 manat verdik. Başınıza dəysin həmin pul. Xaricdəkilər dərnəyə keçirir pulu. Bizimkilər yalan edir.

Bəziləriniz özünüzü mərhəmətli göstərmək istəyirsiz. Mərhəmətiniz ancaq kamera qarşısındadır. Kamera sönən kimi ləçər sifətinizi göstərirsiniz: "Niyə filan müğənniyə çox söz verdiniz, mənə az? Məni filan müğənni ilə çağırma".

Bizimkilər xeyriyə tədbirinə gedəndə də şərt qoyurlar. Özlərini xeyriyyəçi kimi göstərməyə çalışanlar çoxalıb. Bunlara normal baxmıram".



                 

Digər