Müğənni Gülay Zeynallı dünya ulduzu Cennifer Lopezin qarderobuna müraciət edib.

Axşam.az xəbər verir ki, hər zaman açıq-saçıq geyimlərlə dünya mediasını bəzəyən CeyLo libaslarına milyonlar xərcləyir. Gülay isə müğənninin bir neçə paltarını daha qapalı versiyada hazırlatdırmağa çalışır.

Bu günlərdə qara libasla obyektiv qarşısına keçən G.Zeynallının istifadə etdiyi paltar Cenniferin "Variety" dərgisi üçün çəkdirdiyi fotosessiyadakı ilə eynidir.

Yeni rol aldığı "Hustlers" filmi ilə bağlı kameralar qarşısına keçən CeyLo qara tül geyimə üstünlük verib. Açıq-saçıq geyinə bilməyən Gülay da həmin paltarın qapalı versiyasını moda evlərindən birində hazırlatdırıb.

Müğənninin digər Lopez paltarı isə ağ uzun geyim olub. Paltarı üstü qaşlı tül tamamlayıb. CeyLonun 2011-ci ildə "Golden Globe Awards"da geyindiyi paltarın uzun yarığı olsa da, Gülay sadə versiyaya üstünlük verib. Modelyer Zuhair Muradın kolleksiyasından olan paltarın 17 min 999 dollar olduğu yazılmışdı.

Gülayın qarderobundakı növbəti CeyLo paltarı isə biserli don olub. İfaçı Lopezin şüşələrdən hazırlanan donunun modelini təkrarlamağa çalışıb. Amma şüşəli parça tapmadığı üçün onu biserli ilə əvəzləyib. Dünya ulduzunun libasının markası "Tom Ford"ur.

 

Gülayın Cenniferdən kopyalamağa çalışdığı daha bir libas qara midi dondur. Lopezin David Koma kolleksiyasından olan paltarının yuxarısı güzgü qırıntıları ilə bəzədilib. Gülay isə həmin yeri biserli parça ilə əvəzləyib.



                 

Digər