Kreditə görə ailə üzvlərini öldürdü

Kreditə görə ailə üzvlərini öldürdü
5626 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə baş verən qətl hadisəsi ölkədə gündəm olub.

Axşam.az xəbər verir ki, İstanbulda Arnavutköydə yaşayan Veysel Aydın gecə saatlarında anası, ögey atası, 13 yaşlı bacısı və 26 yaşlı qardaşını bıçaqlayaraq qətlə yetirib.

Dəhşətli hadisə qonşuların şübhələnməsi ilə ortaya çıxıb. Evə gələn polis biri uşaq olmaqla 4 nəfərin cəsədi ilə qarşılaşıb.

Cinayətkar Kocaelinə qaçsa da, polis tərəfindən yaxalanıb. Aydın ilkin istintaqda ailəsi ilə arasında kredit mövzusunda münaqişə yaşandığını və onları bu səbəblə öldürdüyünü etiraf edib.