Məşhur basketbolçu Dennis Rodmann dünya şöhrətli müğənni Madonna haqqındakı etirafı ilə gündəm mövzusu olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, basketbolçu 1993-cü ildə ifaçının hamilə qalması üçün ona 20 milyon dollar təklif etdiyini deyib.

"Madonna mənə yumurtlama dönəmindəyəm dedi. Anlamadım. Onunla birlikdə olmağa çalışırdım. Məndən hamilə qalmaq istədiyini dedi. Uşaq doğulduqdan sonra 20 milyon dolları ala biləcəyimi söylədi" deyə, o bildirib.

58 yaşlı idmançı Madonnanın 22 yaşlı qızı Lourdesin də bənzər anlaşma ilə dünyaya gəldiyini iddia edib.



                 

Digər