“Ağ bığlılar” Pantomimada

“Ağ bığlılar” Pantomimada
3102 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş etdirilib.

Axşam.az xəbər verir ki, Əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda izlənilən səhnə əsərində iki süpürgəçinin iş prosesində başlarına gələn komik və həm də kədərli əhvalatlardan danışılır.

Həmçinin tamaşa süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, hərəsinin özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən bəhs edir.

Tamaşanın müəllifi və musiqi tərtibatçısı Nurlan Rüstəmovdur.

Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Rafael Şahbəyli, Elmin Qiyaslı ifa edəcək. Aktyorların peşəkar çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.