Azərbaycan Dövlət “YUĞ” Teatrı mövsümü sentyabrın 28-də U.Şekspirin “III Riçard” əsəri əsasında hazırlanan “Lənət” tamaşası ilə açacaq.

Axşam.az xəbər verir ki, yeni redaksiyada təqdim olunacaq tamaşada cəmi dörd obraz iştirak edəcək.

Səhnə əsəri bolqar rejissoru Xristo Stoyçevin quruluşunda təqdim olunacaq. Rejissoru Günay Səttar olan tamaşada Əməkdar artist Sonaxanım Mikayılova, Qasım Nağı, aktyorlar Oqtay Mehtiyev, Vüqar Hacıyev, Elgün Həmidov, Natəvan Qeybani, Zümrüd Qasımova və Təranə Ocaqverdiyeva çıxış edəcək.

Tamaşanın səhnə tərtibatını bolqar rəssam Olqa Boseva verib.



                 

Digər