Pəhriziniz aclıq krizləri səbəbilə 3 gündən artıq davam etmirsə, bəzi səhvlərə yol verirsiniz deməkdir.

Axşam.az xarici mətbauat istinadən pəhriz zamanı aclıqdan qurtulmaq üçün bəzi üsullar təqdim edir:

1. Yeməyi yavaş-yavaş çeynəyin

Pəhriz zamanı nə yediyiniz qədər, necə yediyiniz də önəmlidir. Araşdırmalar göstərir ki, çeynəmə sayının artması qida qəbulunu azaldır. Bu da daha tez doymağınıza səbəb olur.

2. Proteyinli səhər yeməyinə üstünlük verin.

Səhər yeməyi zamanı karbohidrat və proteyinlə zəngin qidalar qəbul etməyiniz qan şəkərinizin gün ərzində tarazlıqda qalmasına kömək edəcək.

Yüksək lifli qidalar qəbul edin

Həzm sisteminizin düzgün işləməsinə kömək edən bu qidalar uzun müddət tox saxlayır. Buğda, noxud, kinoa, bulqur, qarabaşaq, yulaf kimi ərzaqları pəhriz menyunuzdan əksik etməyin.



                 

Digər