Dilarə "Zeytun bağları"nda - Video

Dilarə "Zeytun bağları"nda -  Video
4140 dəfə oxunub
  • A-
  • A
  • A+

Zeytun yağı sağlamlıqdır, Zeytun yağı gözəllikdir, Zeytun yağı sevgidir... Sağlamlığı qorumağa olan sevgi, həyata olan sevgi, sevdiklərinə olan sevgi...

Deyirlər, ürəyə gedən yol mədədən keçir. Bəlkə də bu həqiqətdir. Çünki sevdiklərimizə dediyimiz sözlərlə yanaşı, hazırladığımız ləzzətlərlə sevgimizi göstərmək də bir ifadə tərzidir.

Məhz bu amal əsasında Zeytun Bağları markası və müğənni Dilarə Kazımova fərqli və sağlam sevgini tərənnüm edən layihə ilə bir araya gəliblər.

 

Sözləri və musiqisi Cavid Şahbazbəyova məxsus olan mahnıya rejissor Fuad Əlişov tərəfindən sevgi hekayəsini əks etdirən klip çəkilib.

Ekran işinə sentyabrın 21-də təqdimat keçirilib. Mərasimdə ifaçının dostları, media nümayəndələri bir araya gəlib. Həm Dilarə, həm də Zeytun Bağları markası öz çıxışlarında bu əməkdaşlıqdan məmnunluqlarını dilə gətiriblər.

Qeyd edək ki, bu, Dilarənin Zeytun Bağları markası ilə ilk işbirliyi deyil.