Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının A.M.Şərifzadə adına səhnəsində “Manqurt” tamaşası iki dəfə təqdim olunacaq.

Axşam.az xəbər verir ki, oktyabrın 18-19-da nümayiş ediləcək səhnə əsəri Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanıb. Tamaşanın bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak edəcəklər.



                 

Digər