Hazırda Türkiyədə olan stilist Anar Ağakişiyev fenomen Selin Ciğerci ilə bir araya gəlib.

Axşam.az xəbər verir ki, son günlər cinsiyyətini dəyişərək qadın olan məşhura stilist makiyaj edib.

Anarın əl işini bəyənən Selin sosial şəbəkədə onunla bağlı video paylaşıb və ünvanına təriflər yağdırıb. Ciğerci noyabrda Azərbaycana gələcəyini, Ağakişiyevlə işbirliyi olacağını söyləyib.

"Makiyajı sevmirəm. Amma Anar möhtəşəmdir. Nə qədər gözəl oldum. Toydan sonra Azərbaycandayam" deyə, Selin bildirib.

Paylaşım qısa vaxtda 78 mindən çox bəyəni toplayıb və 770-ə qədər şərh gəlib. Şərh yazanlar arasında türkiyəli müğənni İrem Derici də yer alıb. O, makiyaja "Voov" yazaraq, heyrətini gizlətməyib.

Müğənni Demet Akalın isə "Hər zaman belə qal, əladır" sözlərini qeyd edib.



                 

Digər