Ekstrasens Aqil Məhərrəmovun Axşam.az-a müsahibəsini təqdim edirik:

- Ekstrasens Aqil Məhərrəmov digərlərindən nə ilə fərqlənir?

- Məşğul olduğum magiya növü ilə. Digər tərəfdən isə peşəkarlığı ilə... Sonradan bu işi öyrənməmişəm. Həqiqətən də iki ay yatıb ayılmamışam. Çalışıram hər zaman dəqiq məlumatlar verim. Bir də ruhlarla işləyirəm, cin, şeytan yox.

- Kimi ekstrasens, kimi falçı, görücü, parapsixoloq, kimi də cadugər deyir. Bunların fərqi nədir?

- Falçı o qədər də dəqiq məlumat verə bilməz. Öncəgörücü ancaq nəyisə görür, deyir. Falçı nələrsə baxır. Ekstrasenslər həm magiya, həm öncəgörücülüklə məşğuldur, həm də ürəyi nə ilə istəsə, onunla baxa bilər. Ekstrasens biopoliyanı hiss edə bilir. Falçı bunu hiss etmir.

"İNSANLA BAĞLI MƏLUMATI MƏNƏ RUHLAR ÖTÜRÜR" 

- Deyirsiniz, ruhlar vasitəsilə baxırsınız. Sizə məlumatı həmin ruhlar verir?

- Əsasən, məlumatı ruhlar verir. İnsanın həyatını kinolent kimi görürəm. Burada rəngli və rəngsiz kadrlar var. Rəngli kadrları insana deyə bilirəm. Rəngsizləri isə əsla demək olmaz, insan onu yaşamalıdır.

- Bu rəngli və rəngsiz kadrlar pis-yaxşı hissəyə bölünür?

- Rəngli kadrlar insan həyatında dəyişə bilər və bunu bilməlidir. Rəngsizləri isə insan yaşamalıdır, əsla demək olmaz.

- Bu informasiyanı sizə kimsə ötürür ki, bu rənglidir, bu rəngsiz?

- Kinolent kimi görünəndə, onları rəngli və rəngsiz görürəm. Hər bir insanın həyatında ölmüş bir yaxını var. Onun vasitəsilə biz məlumat alırıq. Ruhlar bəzi şeyləri bizə agah edir. Adi insanlar bu işarələri yuxuda görə bilir. Amma başa düşmür. Biz ekstrasenslər isə onu anlayırıq. Dost da dostu qoruya bilər. Elə bir insan görmüşəm ki, onu dostunun ruhu qoruyur. Dostunun ailəsi, uşağı var, ancaq onu qorumur. Çünki dost həmin şəxsin ailəsini saxlayır.

 

"İNSAN HƏYATINI ÖLƏCƏYİ GÜNƏ QƏDƏR GÖRƏ BİLİRƏM"

- Belə çıxır ki, ruhlar bizim aramızda yaşayır?

- Dünyanın sonu olanda ruhlar qeybə çəkiləcək. Nə qədər ki, biz varıq, ruhlar da var olacaq.

- İnsan həyatını hansı səviyyəyə qədər görə bilirsiz?

- İnsan həyatını son ana - yəni, öləcəyi günə qədər görmək mümkündür. Amma onu demək olmaz, insan yaşamalıdır və görməlidir. Həm də həyatımıza yazılanlar daim dəyişir və insanın öz əlindədir. Nə qədər yaxın ərəfəni görsən, vəd eləsən, o qədər yaxşıdır.

- Demişdiniz, Azərbaycandakı fəaliyyətinizə son qoymaq istəyirsiniz...

- Ona doğru hər şey edirəm. Hələ də getməməyimin səbəbi, burada mənə olan ehtiyacdır. İnsanlar deyirlər ki, bəs biz nə edəcəyik? Hələ burada lazımam. Amma az qalıb. 33 yaşımda Fransaya köçəcəm. İndi Moskvaya gedirəm, çünki orada yaşayıram.

"GÜZGÜ SINANDA CİN, ŞEYTAN GƏLİR"

- Bəzən insanlar inanclara inanırlar: qabağımdan qara pişik keçdi, qarşıma qonşu çıxdı, kimsə ayağımı tapdaladı...

- Elə şey yoxdur. Qabağımızdan qaradərili biri keçəndə, yol getməyəcəksiniz? Ayağınızı kimsə tapdalayanda, qayıdacaqsız evə? Güzgü sınmağı var ki, o da inanc deyil, paronormal bir şeydir. Çünki güzgü portaldır, sınanda oradan qapı açılır, hər şey daxil ola bilər: cin, ruh, şeytan. Qısa olaraq, belə deyim: güzgü bir qapıdır, sınanda o dünya ilə ara açılır.

- Bəs bunun qarşısını necə almaq olur?

- Axı, sən bilə bilməzsən oradan sənə nə gələcək.

- Son günlər ən çox aktual olan cadular hansılardır?

- Hazırda ən çox qan cadusu edilir. İkinci yerdə isə vudu cadusu dayanır. Şəkilə iynə taxırlar, bu da dəbdədir. Bir də qəbiristanlığa bastırılan cadu dəbdir. Müsəlman ailəmində bu cadudan əl çəkilmir. Yaxın 10-15 il ərzində də bitməyəcək.

"QƏBİRİSTANLIĞA BASDIRILAN CADU İNSANI ÖLDÜRÜR"

- Bəs bu cadular nə üçün edilir?

- Qan cadusu, sevgi üçün edilir. Xanımlar oğlanı bağlamaq üçün bu yola əl atır. Amma bilmirlər ki, bunu evdə özbaşına etmək yaxşı deyil. Şəklə edilən cadular isə ayrılıq və sağlamlığa ziyan vurmaq üçündür. Qəbiristanlığa basdırılanda isə insanı məhv edir. Əgər yaxşı mütəxəssis edirsə, təsiri güclü olur. Bütün caduları təmizləmək mümkündür. Amma qanla edilən cadu ağırdır, çətindir. Bir də ən gec təmizlənən cadular dənizə atılanlardır.

- Siz bu caduları etmisiz?

- Bunlar qarğışdır, nə vaxtsa insanın özünə qayıdacaq. Sizə cadu edirlər, o, insan qələbə qazanıb, siz pissiniz. Gəlirsiz mənim yanıma, sizə kömək edirəm. Onda cadu onu edənə qayıdır. Cadunu təmizləmirlər, qaytarırlar. Ona görə də cadu edən bunu edəndə, müştəriyə deməlidir.

- Deyirsiz, pislik etmirəm. Axı kiməsə cadunu qaytarmaq da pislikdir...

- Onu edən əvvəlcədən düşünməliydi. Düşünməyibsə, öz günahıdır. Kiminsə həyatını məhv edib, niyə əvvəlcədən düşünmürdü?

- Deyirsiz, caduyla insan öldürmək mümkündür...

- Caduyla insanı ölümə aparan amillər edilir. İnsan həyatından bezir, intihar edir və ya başqa üsullara əl atır: Damarlarını kəsir, özünü asır, suda boğulur. Ən çox isə avtomobillə qəzadır.

- Bəs bunların qarşısını almaq olur?

- Hər bir insanın qoruyucu talismanı olmalıdır. Xaricdə məşhurların, dövlət adamlarının, varlıların belə qoruyucu vasitələri var. "Zerkalni zaşita" var, bu sənə edilən pisliyi geri qaytarır. Ən yaxşı qoruyucu təbii daşlardır. Bahadıe deyə, hər adam almır.

"BU, İNSANIN SAĞLAMLIĞINI ƏLİNDƏN ALIR"

- Bəzən filmlərdə görürük ki, kuklanı götürür, üstünə iynələr batırırlar.

- Bu, vudu magiyasıdır. Azərbaycanda çox yayılıb. İnsanın sağlamlığını əlindən alır. Bir də özünə bağlamaq üçün edilir. Bu da sapla tikilmiş kuklalara edilir. Onu evdə etmək olmaz, duası var. Ziyanlıdır, insanı öldürə bilər. Sevgi üçün edilən magiya insanı məhv edər.

 

- 15 ildir bu işlə məşğulsuz. Sizi bu günə kimi ən çox hansı cadu təəccübləndirib?

- Hər insan taleyi fərqlidir. Bir dəfə kişi arvadından içki üçün pul istəyib, o da verməyib. Deyib ki, uşağa süd alacam, yoxdur. Arvad səhər durub ki, əri uşağın başını kəsib. Deyib ki, uşaq yoxdu, süd lazım deyil, pulu ver, içki alım. Ən çətin görücülüyüm bu olub. Azərbaycanda baş vermişdi.

- Hazırda ən çox nə ilə bağlı müraciət edilir?

- Hazırda karyera ilə bağlı müraciətlər çoxdur. Əvvəl analar qızlarını ərə vermək üçün gəlirdi, sağlamlığı üçün müraciət edirdilər. İndi isə gəlirlər biznesi açsam, uğurlu olar? Mən biznes sahəsində uğurluyam.

- Onda sizin müştəriləriniz biznesmenlərdir?

- Bəli.

- Əvvəl daha çox eşidirdik kimsə ərinin xəyanətinə, onu evə qaytarmağa görə falçılara gedir...

- İndi insanlar boşanmağa qlobal hadisə kimi yanaşmırlar. Ayrılığı, xəyanəti normal qəbul edirlər. İndi də olur gəlirlər ki, ailəm dağılır, kömək edin. Amma əvvəlki qədər çox deyil.

- Heç gəlib deyən olub ki, boşanmaq üçün cadu edin?

- Bir qadın gəlmişdi ki, qardaşım, atam yoxdur, anam da uşaqlıqdan rəhmətə gedib. Ərim qonşuluqdakı arvadı saxlayır, amma məni də boşamır. Elə et ki, məni boşasın.

- Qovduğunuz müştəri olur?

- Olur... Bəzən də normal izah edirəm ki, düzgün ünvanda deyilsiz. Cadu etmirəm, pislik mənlik deyil.

- Bəs Azərbaycanda çox yayılan Quranla fala baxmaq nədir?

- Quranla baxmaq olmur. Onlar cin-şeytan tərəfindən idarə olunur. Quranda insan taleyi yazılmır. İstixarə deyilən bir şey var, onu etmək olar. Bunu qəbul etmirəm. Baxıcılıq sahəsində belə şey yoxdur. Bu təkcə Azərbaycandadır. Başqa ölkələrdə belə şey qadağan edilir. Müqəddəs kitabdır, onu necə istifadə edə bilərsən?

- Bir də heyvanları kəsib, cadu edirlər...

- Azərbaycanda ritual magiya yoxdur. Ola da bilməz. Onun bəzi amilləri var ki, qeyri-mümkündür. O, Rusiyada var. Orada heyvanı tutub, qanını axıdır, dərisini soyurlar. Dua oxuyur, kimə qurban verdiyini deyir. Bunu bir qadın baxıcı necə edə bilər? Qəliz yolları var. Amma ən tez təsir edən də odur.

 

- Şamanlar var?

- Şamanlar insan içindən qorxunu götürürlər, həyəcanı azaldırlar. Beyində olan narahatçılığı yox edirlər. Bizdə Azərbaycanda yoxdur. Hindistan, Yaponiyada olur.

"BİZİM FALÇILAR DUANI SƏHV YAZIRLAR"

- Bir də tez-tez falçılar insanlara siyahı yazırlar: ceyran dərisi, yağı...

- Bəzi heyvanların vasitələri lazımdır. Amma bu xristianlarda olur. Adi ceyran dərisini götürür, üstünə nəsə yazırlar. Səhv yazırlar, ərəb dilini bilmir, necə yazır? Haradan bildi ki, bura nə yazmaq olar? Xristian aləmində baxıcı müştəridən nəsə istəmir. Özü alır, edir. Müştəri bilməməlidir orada nə var. Mən də heç vaxt siyahı yazıb vermirəm, pulu alıb, özüm edirəm.

- Müştərilərdən nə qədər pul alırsız?

- Çox az desəm yalan olar. İşin ağırlığından, yüngüllüyündən asılı olur. Əgər qarşımdakı insanın maddi durumu pisdisə, ondan necə pul alım? Əgər gəlib deyir ki, milyonçu olmaq istəyirəm, onda mən də almalıyam da.

- İnsanı milyonçu da edirsiz?

- Hər bir insanın qismətində imkanlı olmaq var. Onun üçün düzgün yeri seçməlisən. Ritual magiya edirəm. Həmin insan başqasına deməməlidir, getdim filan baxıcıya, etdim. Mənim etdiyim gizlin qalmalıdır. Heç kim gedib deməməlidir, filankəsə nəsə etdirdim.

Qəbul nömrələri :

Bakı (+994) 55 223 66 13

Rusiya ( +7960) 137 46 39

İnstagram: @ekstrasens_agil_magarramov

Zəhra ƏHMƏDOVA

Video: Ramid VAHİDOĞLU



                 

Digər