Xalq artisti Aygün Kazımova özünə paytaxtın mərkəzi ərazisindən yeni ev alıb.

Axşam.az-ın əldə etdiyi məlumata görə, sənətçi bir müddətdir ki, orada yaşayır.

Maraqlı məqam isə orasındadır ki, onunla küsülü olan Əməkdar artist Röya Ayxan bir neçə ildir ki, həmin binada məskunlaşıb.

Bildirilir ki, göydələnin dayanacaq bölməsində zaman-zaman üz-üzə gələn sənətçilər bir-birini görməzlikdən gəlirlər.

Qeyd edək ki, Aygün Kazımovanın Nəsimi rayonunda, Röya Ayxanın isə Bilgəh qəsəbəsində və İstanbulda evi var. A.Kazımovanın bina evi yaşamağa əlverişli olsa da, R.Ayxanın Bilgəhdəki dördmərtəbəli evininin tikintisi başa çatmayıb.

Onu da bildirək ki, sənətçilər arasındakı qalmaqalın tarixi 15 ilə dayanır. Onlar bir neçə dəfə barışsa da, bu, uzunmüddətli olmayıb.

Pərviz HÜSEYN



                 

Digər