Ötən gün Bakıda türkiyəli və azərbaycanlı aktyorların çəkildiyi “Hareket sekiz” filminin qalası baş tutub.

Axşam.az xəbər verir ki, gecədə türkiyəli sənətçilər Ali Sunal, Hande Katipoğlu, Onur Atilla, aktyorlar Elcan Rəsulov, İslam Mehrəliyev, Pərvin Abıyeva iştirak ediblər.

Pərvinin Abıyeva obrazının çətinliyindən bəhs edərək, kaskadyorun təpik zərbəsinə tuş gəldiyini bildirib.

Filmdə polis rəisini canlandıran Elcan Rəsulov isə söyləyib ki, əvvəlcə başqa obraz üçün ona müraciət olunub:

“Mən əvvəlcə filmdə müxbir obrazını canlandırmalı idim. Lakin sonradan rejisor fikrini dəyişib, polis rəisi rolunu mənə həvalə etdi”.

Qeyd edək ki, müxbir obrazını daha sonra Kəmalə Piriyeva canlandırıb. Lakin o, “Maşın” şouda olduğundan qala gecəsinə qatıla bilməyib.

“Haraket sekiz”in baş rol ifaçısı Ali Sunal Bakıda olmaqdan məmnunluq duyduğunu söyləyib. O, iki ölkə arasındakı bağları gücləndirən mədəniyyət layihəsini yüksək qiymətləndirdiyini dilə gətirib.

Aktrisa Hande Katipoğlu isə Bakıya ikinci dəfə gəldiyini, aktyorlarımızla çalışmaqdan xoşhal olduğunu bildirib.

Onu da bildirək ki, filmdə hadisələr Bakıda və Türkiyədə gerçəkləşir. Ekran işində dünyanı qurtarmağa çalışan polislərdən bəhs edilir.

FOTO: Ramid VAHİDOĞLU

 
 
 
 
 
 
 
 


                 

Digər