Azərbaycanlı diplomatın qızı dünyanın nüfuzluları siyahısında

Azərbaycanlı diplomatın qızı dünyanın nüfuzluları siyahısında
13710 dəfə oxunub
  • A-
  • A
  • A+

"Business of Fashion" dərgisi 2019-cu ildə moda sahəsindəki 500 nüfuzlu insanın siyahısını hazırlayıb.

Axşam.az xəbər verir ki, buraya 45 ölkədən olan musiqi, moda, model sahəsindən olan insanlar daxil edilib. Dəb reytinqinə azərbaycanlı iş xanımı və "Aizel" mağazalar şəbəkəsinin sahibi Aysel Trudel (Hüseynova) də salınıb.

Aysel öz brendini 2003-cü ildə Rusiyada yaradıb. Onun sayəsində Moskvada Azeddine Alaia, Marc Jacobs, Stella McCartney, Peter Pilotto, Rodarte, Michael Kors, Oscar de la Renta, Emilio Pucci, Jimmy Choo və bir çox məşhur dünya brendlərinin satışı başlayıb.

"Mənim üçün "BoF 500" siyahısına daxil olmaq böyük qürurdur. 20 ildir davam edən fəaliyyətim boyunca bir çox brendləri Rusiyaya gətirmişəm. Eyni zamanda hər zaman Rusiyadakı gəncləri dəstəkləmişəm. Mənim Moda Fondumun məqsədi gənc dizaynerlərə dəstək olmaq, onların iş həyatında nəsə etməkdir" deyə, Aysel bildirib.

Aysel Trudel İnstaqram səhifəsində dərgi ilə bağlı gecədən olan fotolarını yayımlayıb. Dəbdəbəli "Business of Fashion" gecəsi Parisdə keçirilib.

Qeyd edək ki, Aysel diplomat Aydın Hüseynovun qızıdır.