Əri Lolitaya xəyanət edirmiş

Əri Lolitaya xəyanət edirmiş
3997 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı müğənni Lolita Milyavskayanın əri Dmitriy İvanovla ayrılma xəbəri iyunda mediada yayılmışdı.

Axşam.az xəbər verir ki, cütlük ayrılıq səbəbi kimi sevgilərinin bitdiyini göstərmişdi. Hətta onlar boşananda bir-birindən heç bir təzminat tələb etməyiblər.

Bu günlərdə isə ərinin Lolitaya xəyanət etdiyi ortaya çıxıb. Dmitriy sevgilisi ilə Litvada toyda olarkən obyektivlərə tuş gəlib. Olqa Quliyeva adlı xanım kosmetoloqdur. olqa ilə Dmitriy uzun müddət dost olub, onların sevgi romanı Lolita ilə evli olduğu müddətdə başlayıb.

Quliyevanın 14 yaşında qız övladı var. O, gözəllik mərkəzinə sahibdir.

Lolita ərinin ona xəyanət etmə xəbərinə cavabsız qalmayıb. "Nə deyə bilərəm? Təbrik edirəm. Onun yanında mənim aldığım saatı qoluna taxıb, kostyumu geyinib oturub. Yəqin nişan üzüyü və alt paltarları da mən alan olacaq. Qız gözəldir, bir söz deyə bilmərəm. Yəqin varlıdır da. Yeni qurban tapıb" deyə, Lolita deyib.