"Zerrin Özerin əri məni də ələ keçirmək istəyirdi"

"Zerrin Özerin əri məni də ələ keçirmək istəyirdi"
4154 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Gönül Yazar telefonla qatıldığı proqramda verdiyi açıqlamalarla gündəm olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, həmkarı Zerrin Özerin bir günlük əri Murat Akıncı ilə bağlı danışıb. Pərəstişkarlarının özündən yaşca çox kiçik olan sevgilisi ilə bağlı "sən də Zerrin kimi olacaqsan evlənmə" sözlərinə qarşı çıxıb.

"Mən Zerrin kimi deyiləm. Onun başına gələn mənim başıma gələ bilməz. Murat illər öncə məni də ələ alaq istəyirdi. "Anam səni çox sevir, sizə gələcəyik" dedi. Evdə olmadığımı dedim. Daha sonra da borc pul istədi, bəhanə ilə geri çevirdim. İllər sonra isə onun Zerrinin başına açdığı oyunu eşidəndə ağladım" deyə, o bildirib.

Qeyd edək ki, Zerrin Özer Murat Akıncı ilə evləndikdən 36 saat ayrılmışdı.