Məciddən gözlənilməz qərar

Məciddən gözlənilməz qərar
4912 dəfə oxunub
  • A-
  • A
  • A+

"Maşın” realiti-şousunda altıncı səsvermə keçirilib.

Axşam.az xəbər verir ki, iştirakçılar tərəfindən ən çox fotosu atılan aktyor Məcid Hüseynov olub. O, oyunda qalacağı təqdirdə qadın iştirakçılardan birini yarışmadan kənarlaşdıracağını açıqlayıb.

Veriliş boyunca iştirakçılar arasında bəzi gərginliklər yaşanıb.

Sonda M.Hüseynov 56,67 faiz səs toplayaraq yarışmada qalıb. O, aşıq Namiq Fərhadoğlunu şoudan kənarlaşdırıb.

Qeyd edək ki, şouda oyunu Xalq artistləri Fatma Mahmudova, müğənnilər Türkan Vəlizadə,  Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami,  aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov  davam etdirir.