Anar Nağılbazın məzar daşı dəyişdirilib - Fotolar

Anar Nağılbazın məzar daşı dəyişdirilib - Fotolar
8347 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum reper Anar Nağılbazın məzar daşı dəyişdirilib.

Axşam.az xəbər verir ki, bu barədə Yenicag.az-a reperin anası Şərqiyyə Cəbiyeva açıqlamasında deyib:

“Balamın məzarı üstə kimsə şam yandırmışdı, o şam əriyib sinə daşını pis günə qoymuşdu. Təmizləmək mümkün deyildi. Ürəyim bunu qəbul etmədiyi üçün, qərara gəldik ki, daşı dəyişək. Balamın məzardaşını mərmərdən düzəltdirdim. Allah heç bir anaya bala dağı göstərməsin. Balamın yoxluğu ilə barışa bilmirəm. Məzarı ilə təsəlli tapıram”.