"Çayıma dərman atıb, mənə təcavüz etdi"

"Çayıma dərman atıb, mənə təcavüz etdi"
5596 dəfə oxunub
  • A-
  • A
  • A+

Kino tarixinin ən məşhur filmlərindən sayılan "Leon"un rejissoru Luk Besson haqqındakı təcavüz iddiası yenidən gündəmdədir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa Sand Van Roy məşhur rejissorun ona təcavüz etdiyini deyib.

"Onunla Bristol otlində görüşüb çay içdik. Daha sonra özümdən getmişəm. Oyandığımda təcavüzə uğradığımı anladım. Stolun üstündə pul vardı. Dərhal polisə müraciət etdim" deyə, aktrisa bildirib.

Onun haqqında ötən il bu iddia irəli sürülmüş ama dəlil yetməzliyindən işə xitam verilmişdi.

Ancaq Van Roy sosial media hesabında işə artıq yeni müstəntiqin baxdığını və davanın yenidən açıldığını yazıb. Rejissor isə bütün olanları aktrisanın "xəyal məhsulu" adlandıraraq bütün ittihamları rədd edir.