"90-cı illərdə necə idisə, elə də qalıb"

"90-cı illərdə necə idisə, elə də qalıb"
4482 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı müğənni Anjelika Varum sosial şəbəkədən gec-gec istifadə edir.

Axşam.az xəbər verir ki, bu dəfə müğənni əri Leonid Aqutinlə birlikdə təyyarədə çəkilən fotosunu paylaşıb.

Makiyajdan istifadə etməyən ifaçının yaşına rəğmən gənc görüntüsü nəzərlərdən yayınmayıb. O, fotoya "İstirahət etməyə gedirik" deyə, yazıb.

Pərəstişkarları müğənninin paylaşımına xoş rəylər yazıblar. Onlardan bəziləri Anjelikanın 90-cı illərdə necə idisə, elə də qaldığını, dəyişmədiyini deyib.