Nura 2 ildir ət yemir

Nura 2 ildir ət yemir
2525 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nura Suri illər sonra ilk dəfə AzTV-də qonaq olub.

Axşam.az xəbər verir ki, sənətçi "Gün başladı" verilişinə qatılıb. Nura formada qalmasından söz açıb. O bildirib ki, iki ildir ət yemir:

"İdmanla məşğul oluram. Vaxtım olmayanda, dəniz kənarında çıxıb gəzirəm. Heyvanları çox sevirəm, ona görə də iki ildir ət yemirəm. Uşaqlıqda məndə belə hal olmuşdu, qorxurdum heyvan əti yeməkdən. İndi yenidən qayıtmışam həmin halıma.

İndi orqanizmim və qəbul etdiyim qida sağlamdır. Kənd məhsulları istifadə edirəm. Ancaq nehrə yağı alıram. Pəhriz saxlamıram, amma yeyib-içməyimə fikir verirəm".