Nebahat Çehre Canan Karataydan üzr istədi

Nebahat Çehre Canan Karataydan üzr istədi
5713 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Nebahat Çehre canlı yayıma qatılaraq tanınmış həkim Canan Karatay ilə müqayisə edilməsi məsələsinə aydınlıq gətirib.

Axşam.az xəbər verir ki, aktrisa gənc görünümünün irsi olduğunu dilə gətirib.

"Dərimin zərifliyi və gənc görüntüsü mənə anamdan keçib. Özüm də həddən artıq sağlam yaşamağa çalışıram. Bu yaşımadək iki dəfə üzümü dartdırdım. Gördüm, yenə qırışlar yaranır. İndi sadəcə botoks etdirirəm. Canan həkimlə müqayisə heç xoş deyil. Ondan üzr istəyirəm. Canan xanıma böyük hörmətim var" deyə, o bildirib.