Ötən gün “Maşın” realiti şousunda media günü keçirilib.

Axşam.az xəbər verir ki, iştirakçılar jurnalistlərin suallarını cavablandırıb.

Müğənni Ramal İsrafilov “Sizcə, burada simasını kim itirdi” sualına belə cavab verib:

“Aqşin Fateh burada simasını itirdi. O, çox kinli insandır. Durur, guya ki, ağıllıdır. Nə ağlı var, nə də bir şeyi. O qızdan söz ona aparır, bu qızdan söz buna gətirir. Onu belə tanıdıq - Ondan buna söz aparan kimi.... Gedəndə də, salam verdim, üzünü çevirdi. Belə insan olmaz”.

 
 


                 

Digər