"Maşın" şouda iştirakçılardan olan aparıcı Kəmalə Piriyeva ilə bağlı sosial şəbəkədə yayılan görüntülər müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, videoda Kəmalənin əlini avtomobilin üstündən çəkdiyi əks edilib. Bir çox tanınmış da videonu İnstaqramda yayımlayaraq, Kəmalənin əlini çəkməsinə göz yumulduğunu bildirib.

Kəmalə ilə bağlı videonu İnstaqramında paylaşan müğənni Rəqsanə İsmayılova layihə rəhbəri Xalq artisti Murad Dadaşova səslənib:

"Maraqlıdır, niyə Kəmalənin əlini çəkməsi haqda danışılmır? Niyə oyunun qaydalarına riayət edilmir. Başa düşürük, bu bir oyundur, amma bura hamımız baxırıq. İştirak da etmişik, əlini çəkən insan uzaqlaşdırılmışdı. Bu günə kimi belə olub. Yəqin buna diqqət verərsiniz".

Şounu bir neçə gün əvvəl tərk edən Aysun İsmayılova isə İnstaqramda canlı yayıma girərək, Kəmalədən bəhs edib:

"Kəmalə böyük rəqibdir. Onun da səbəbi var". 



                 

Digər