"Araq içib, narkotik çəkib, paylaşıram?" - Vasif əsəbiləşdi

"Araq içib, narkotik çəkib, paylaşıram?" -  Vasif əsəbiləşdi
1305 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Vasif Məhərrəmli ünvanına yazılan tənqidlərə cavab verib.

Axşam.az xəbər verir ki, paylaşdığı videolar qınaq obyekti olan müğənni bunları bildirib:

"İdmandan paylaşıram, yazırlar "Nəyə lazımdır?". Siqaret çəkib paylaşıram ki, baxıb, siqaret çəksinlər? Araq içib paylaşıram, gedib araq içsinlər? Yaxud da narkotik çəkib, paylaşıram? Fikrim odur ki, məni izləyənlər, kiçiklər və sevənlərim mənə baxsınlar, onlara stimul olsun, gəlib idman etsinlər. Məqsəd budur".