Şimpanzenin çəkdiyi rəsimlər sərgiyə çıxarılır

Şimpanzenin çəkdiyi rəsimlər sərgiyə çıxarılır
3820 dəfə oxunub
  • A-
  • A
  • A+

Londondakı "The Mayor Gallery" qalereyasında qeyri-adı sərgi təşkil ediləcək.

Axşam.az xəbər verir ki, Konqo adlı şimpanzenin çəkdiyi rəsmlər sərgidə satılacaq.

Qalereyada 1800-7400 dollar məbləğində olan 55 rəsm nümayiş etdiriləcək. Onlar rəssam-zooloq Desmond Morrisə məxsusdur. Məhz o, 1956-cı ildə meymunların bədii qabiliyyətlərini tədqiq edərək Konqoya qələm tutmaq öyrətmişdi.

Şimpanze üç il ərzində 400-dən çox rəsm çəkib. Meymun 1964-cü ildə vərəm xəstəliyindən ölüb.