Sevgilisi müğənnini məhkəməyə verdi

Sevgilisi müğənnini məhkəməyə verdi
4359 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni İzzet Yıldızhanın keçmiş sevgilisi və qızının anası Gizem Şehnaz onu məhkəməyə verib.

Axşam.az xəbər verir ki, qadın ifaçını qızı ilə maraqlanmamaqda ittiham edir. O, aylıq aliment miqdarının 1785 lirədən 10 min lirəyə qədər artırılmasını tələb edir.

Məhkəməyə qatılan qız "Atam mediaya verdiyi açıqlamada 9 uşağına ayda 100 min lirə yatırdığını deyib. Bu doğru deyil. O mənə alimentdən başqa heç bir pul verməyib. Məktəb, paltar və digər ehtiyaclarımı qarşılamayıb" deyib.

Sənətçinin yaxınlarının da dinlənilməsi səbəbilə məhkəmə ertələnib.