81 yaşlı aktrisa həbs edildi

81 yaşlı aktrisa həbs edildi
3819 dəfə oxunub
  • A-
  • A
  • A+

Vaşinqton polisi 81 yaşlı aktrisa Ceyn Fondu həbs edib.

Axşam.az xəbər verir ki, buna səbəb aktrisanın təbiətin korlanmasına qarşı aparılan aksiyaya qatılması olub.

Hollivud ulduzu və onun yaxınları əllərində plakatla küçədə qışqırıblar. Polislər Ceynin qollarını qandallayıb və şöbəyə aparıblar.

Fond bildirib ki, hər həftənin cümə günü piket keçirəcək. O, təbiətin qorunması, atmosferin çirklənməsinin qarşısının alınması üçün belə addım atdığını söyləyib.