Paparazzilər CeyLonu məhkəməyə verdi

Paparazzilər CeyLonu məhkəməyə verdi
4831 dəfə oxunub
  • A-
  • A
  • A+

"Splash" adlı fotoqraflar agentliyi dünyaca məşhur müğənni Cennifer Lopezi məhkəməyə verib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb ifaçının nişanlısı Aleks Rodrigezlə  2017-ci ildə əl-ələ küçədə gəzdiyi fotosunu "İnstaqram" səhifəsində yayması olub. Agentlik həmin fotonun müəllif hüquqlarının onlara aid olduğunu önə sürərək, müğənnini məhkəməyə veriblər. Onlar CeyLodan 150 min dollar tələb edir.

Qeyd edək ki, daha əvvəl Gigi Hadid, Kim Kardaşyan, Ariana Qrande kimi məşhurlar da bənzər davalarla qarşılaşıb.