İki ay əvvəl boşanan aktyor sevgilisi ilə görüntüləndi - Fotolar

İki ay əvvəl boşanan aktyor sevgilisi ilə görüntüləndi - Fotolar
4879 dəfə oxunub
  • A-
  • A
  • A+

Avqust ayında amerikalı müğənni Mayli Sayrusdan ayrılan aktyor Liam Hemsvort yeni sevgilisi ilə kameralara tuş gəlib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor "Dynasty" serialının 22 yaşlı ulduzu Maddison Broun ilə Nyu York küçələrində əl-ələ görüntülənib. Cütlüyə yaxın mənbə onların bir-birlərini çox sevdiyini ancaq evlilik üçün tələsmədiklərini deyib.

Qeyd edək ki, Liam ilə Mayli evləndikdən 8 ay sonra boşanıb. Buna səbəb isə müğənninin ərini qadın bloqer Ketlin Karter ilə aldatması olub.