Elton Türkiyəyə köçür

Elton Türkiyəyə köçür
2746 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elton Hüseynəliyev Türkiyədə yaşamağa qərar verib.

Axşam.az xəbər verir ki, buna səbəb ifaçının bu ölkədən iş təklifi almasıdır.

Sənətçi bu barədə özü İnstaqram səhifəsində məlumat verib.

"Mənim əzizlərim, məni sevənlər, sizi çox sevirəm, həmişə sevəcəyəm. Mən ailəmi də götürüb gedirəm Türkiyəyə. Dövlət orkestrindən iş təklifi aldım. Dönmək fikrim də yoxdur. İndi didin bir-birinizi pul üçün, toy üçün. Mənə hüzur lazımdır. Nə qədər şərəfsiz var imiş, ay Allah. İnstaqramda görüşərik, dostlar" deyə, müğənni yazıb.