46-cı “Altın Kelebek” mükafatlarının azərbaycanlı namizədlərinin adları bəlli olub.

Axşam.az-ın əldə etdiyi məlumata görə, bu dəfə “Altın kelebek” üçün 10 azərbaycanlı məşhur mübarizə aparacaq.

Ötən illərdən fərqli olaraq, Azərbaycan bu il iki kateqoriyada mükafat alacaq. Bunlardan biri müğənnilərə, digəri isə aktrisalara veriləcək.

Bir dəfə “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə qalib olan Əməkdar artist Röya Ayxan bu dəfə də mübarizəyə qoşulacaq. Onunla birgə yarışanlar sırasında qadınlardan müğənnilər Sevda Yahyayeva, Nura Suri, kişilərdən isə Murad Arif, Xəyyam Nisanov, Azad Şabanov, Elçin Cəfərov da var.

“Ən yaxşı aktrisa” nominasiyası üzrə isə aktrisalar Pərvin Abıyeva, Oksana Rəsulova və Kəmalə Piriyeva yarışacaq.

Qeyd edək ki, noyabrın 16-sı “Altın kelebek”in siması Ebru Şahin Bakıya gələcək. Təşkil edilən tədbirlə namizədlərin adı bəlli olacaq. Bu il namizədlərin konserti planlaşdırılmır.

Onu da bildirək ki, indiyədək Azərbaycan mükafatlandırma gecəsində iki dəfə iştirak edib. “Altın kelebek”i Xalq artisti Aygün Kazımova və Əməkdar artist Röya Ayxan qazanıb.



                 

Digər